“Mourinyo onu danlayanda Ronaldo az qala ağlayacaqdı”

“Real”ın keçmiş baş məşqçisi Joze Mourinyonun köməkçisi olmuş Aytor Karanka portuqaliyalı mütəxəssislə klubun sabiq hücumçusu Kriştiano Ronaldo arasında baş verən mübahisədən danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, həmin mübahisə haqda belə deyib:

“Valensiya”ya qarşı Kral kuboku matçında Mourinyo Ronaldonu danladı. Ronaldo isə hamının qarşısında “səni çox dəstəklədim” deyə, cavab verdi, az qala ağlayacaqdı.

Bəlkə də, Mourinyo bunu məhz belə bir reaksiya yaratmaq üçün deyirdi: “Səni bütün komandanın qarşısında danlayıram, çünki ən çox güvəndiyim sənsən”. Mourinyo və məşqçi heyəti olaraq verdiyimiz bütün qərarlar komandanın xeyrinə idi”.

Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər “Real”a rəhbərlik edib. Portuqaliyalı mütəxəssis hazırda “Benfika”nın baş məşqçisi vəzifəsində çalışır. Ronaldo isə “Əl-Nəsr”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button