Ronaldo 2-4 həftəliyə sıradan çıxıb

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo sağ bud nahiyəsindən aldığı zədə səbəbindən oyunlardan kənarda qalacaq. O, “Əl-Fahi” ilə keçirilən qarşılaşma zamanı zədələnib.

Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bərpa müddətində təxminən 2–4 həftə komandadan ayrı qalacaq.

41 yaşlı forvard cari mövsümdə Səudiyyə Ərəbistanı çempionatında 22 matçda iştirak edib, 21 qol vurub və 2 məhsuldar ötürmə verib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button