Ronaldo 100-cü oyununa çıxdı, 2 qol vurdu

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 100-cü oyununa çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçunun yubiley qarşılaşması 27-ci tur çərçivəsində “Əl-Nəcmə” ilə oyuna təsadüf edib.

Ronaldo həmin matçda dubl edərək komandasının 5:2 hesablı qələbəsinə töhfə verib.

Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı liqasında keçirdiyi 100 oyunda 97 qol vurub və 18 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button