Ronaldonun başı

“Yuventus” İtaliya A Seriyasının 35-ci turunda “Torino” ilə qollu bərabərə qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 1:1 hesabıyla bitən görüş “Yuventus”un hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Oyunun 84-cü dəqiqəsində komandasını məğlubiyyətdən xilas edən Ronaldo, klub karyerasında başla vurduğu qolların sayını 100-ə çatdırıb.

“Yuventus” A Seriyasında sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button