“Roma”nın Yanuzay planı

İspaniyanın “Real Sosyedad” klubunun vingeri Adnan Yanuzay karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 24 yaşlı futbolçunun xidmətində maraqlıdır. Zədə səbəbindən mövsümün qalan hissəsində iştirak etməyəcək Nikolo Zaniolonun boşluğunu Yanuzayla doldurmaq istəyən “canavarlar”, onu icarə əsasında heyətə qatmaq niyyətindədir. Futbolçu üçün İspaniya klubuna müraciət edən “Roma” onun çıxışından razı qalacağı halda, mövsümün sonunda birdəfəlik transfer edəcək. Paytaxt klubu daimi müqavilə üçün “Real Sosyedad”a 13 milyon funt-sterlinq təklif edir.

Belçikalı futbolçu cari mövsümdə iştirak etdiyi 13 oyunda 4 qol, 4 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button