De Rossi karyerasını bitirdi

“Roma”nın keçmiş futbolçusu Daniele De Rossi karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Rossiyə bir neçə klubdan təklif olmasına baxmayaraq, yarımmüdafiəçinin karyerasını bitirməyə qərar verdiyi bildirilib.

35 yaşlı futbolçunun İtaliya millisinin baş məşqçisi Roberto Mançininin məşqçilər korpusunda yer alacağı gözlənilir.

2002-ci ildən “Roma”nın əsas komandasında çıxış edən Rossi, son mövsümdə 22 qarşılaşmada iştirak etmişdi.

De Rossi “Roma”nın əfsanəvi futbolçusu Françesko Tottidən (786 oyun) sonra bu komandanın heyətində ən çox oyun keçirmiş ikinci futbolçudur – 615 matç. O, bu görüşlərdə 63 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button