“Roma”nın futbolçusu əməliyyat olundu

İtaliyanın “Roma” klubunun futbolçusu Nikolo Zaniolo əməliyyat olunub.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu gün Avstriyada əməliyyat edilib. Onun əməliyyatının uğurlu keçdiyi və bu gündən reabilitasiyasının başladığı bildirilir.

Zaniolonun fevral ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilsə də, bu müddətin daha qısa çəkəcəyi ehtimal edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button