AÇ-2020: “Mənim üçün turnirin favoriti Fransadır”

“Roma”nın baş məşqçisi Joze Mourinyo AÇ-2020-nin qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Portuqaliya – Fransa matçı haqda danışıb.

Komanda.az xəbər verir ki, “The Sun”a açıqlama verən portuqaliyalı mütəxəssis, turnirin favoritinin Fransa millisi olduğunu deyib:

“Mənim üçün turnirin favoriti Fransadır. Macarıstanla oyundakı heç-heçə bunu dəyişdirmir. Portuqaliya millisindən narahatam. Fransa ilə matçı uda və ya heç-heçə edə bilərik. Lakin Fransanın daha güclü olduğu aşkardır”.