“Roma”nı tərk etmək istəyən futbolçu haqda danışdı – Totti

“Roma”nın keçmiş futbolçusu Françesko Totti komandanın yarımmüdafiəçisi Nikolo Zaniolonun “Yuventus”a keçidi ehtimalını dəyərləndirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, Totti, Zaniolonun gedişi ilə “Roma”nın ciddi bir şey itirməyəcəyini deyib:

“O, başqa kluba keçsə, “Roma” üçün pis heç nə olmayacaq. Onun yerinə klub yaxşı əvəzləyici tapa biləcək”.

Zaniolo tezliklə “Yuventus”un futbolçusu olacaq.

Futbolçu 2018-ci ildən “Roma”da çıxış edir. Ümumilikdə o, komandanın heyətində bütün turnirlərdə 111 oyun keçirib, 22 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button