“Roma”dan son dünya çempionuna yeni təklif

“Roma” hücumçusu Paulo Dibala ilə cari müqavilənin müddətini uzada bilər.

Komanda.az “calciomercato.com”-a istinadən xəbər verir ki, klub rəhbərliyi 29 yaşlı argentinalıya illik 6 milyon avro maaşla uzunmüddətli müqavilə təklif etməyə hazırdır.

Son dünya çempionunun paytaxt təmsilçisi ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. O, bu sözləşməyə əsasən, 4,2 milyon avro qazanır.

Dibala 2022-ci ilin iyulunda “Roma”ya keçib. O, bu mövsüm “canavarlar”ın heyətində 16 matça çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button