“Roma” üçün 900 milyon avro təklif ediblər

“Nyukasl”ın sahibi olan Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) İtaliyanın “Roma” klubunu almağı planlaşdırır.

Komanda.az “La Republica”-ya istinadəb xəbər verir ki, sözügedən qurum klub üçün 900 milyon avro təklif edib. “Roma”nın satışı rəsmiləşərsə, yeni stadionun tikintisi üçün daha 300 milyon avro ayrılacaq.

“Roma”nın sahibi Dan Fridkin klubu ötən yay 1 milyard avroya satmaqdan imtina edib. Hazırda Səudiyyə Ərəbistanı təmsilçiləri ilə “Roma” arasında danışıqlar gedir. “Roma”nın hüquq şöbəsinin rəhbəri hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button