“Roma”dan Lukaku ilə bağlı qərar

“Roma” bu mövsüm “Çelsi”dən icarə əsasında götürdüyü hücumçu Romelu Lukakunun gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Roma” “Çelsi”nin istədiyi kimi, Lukakunu 43 milyon avroya almaq fikrində deyil.

Lukakunun yayda “Çelsi”yə qayıtması ehtimalı yüksəkdir, lakin növbəti mövsümdə İngiltərədə qalmaq ehtimalı azdır. Onunla Səudiyyə Ərəbistanının bir sıra klublarının maraqlandığı bildirilirdi. Belçikalı forvard ötən yay bu ölkəyə köçməkdən imtina etsə də, yaxın gələcəkdə bu, dəyişə bilər.

Lukaku İtaliya çempionatının bu mövsümündə 10 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button