
“Roma” ispan futbolçunun birdəfəlik transferindən imtina edib
“Roma” “Bayern”dən icarəyə götürdüyü ispaniyalı vinger Brayan Saraqosanın transfer hüquqlarını almaqdan imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu mövsümün sonunda, icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra Münhen təmsilçisinə geri dönəcək.
Saraqosa fevralda “Roma”ya icarə əsasında keçmişdi. Ancaq o, paytaxt təmsilçisində gözləntiləri doğrultmayaraq, cəmi 6 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
Futbolçunun “Bayern”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



