“İndiki vəziyyəti gözləyirdimmi?” – Sulşer

“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turunda “Arsenal”la qarşılaşacaq “qırmızı şeytanlar”ın 46 yaşlı baş məşqçisi, yeni komanda yaratmaq üçün çalışdıqlarını bildirib:

“Hazırkı vəziyyət bir il əvvəlki vəziyyətə bənzəmir. Hazırda komandanın həvəs, istəklə bağlı çətinliyi yoxdur. Bizim üçün əsas məsələ yeni bir mədəniyyət, komanda yaratmaq və birləşməkdir. İndiki vəziyyəti gözləyirdimmi? Əlbəttə. Heç vaxt bu dəyişikliyin sürətli olacağını deməmişəm. Komanda olaraq addım-addım irəliləyirik. Təbii ki, bu yolda müəyyən çətinliklərlə qarşılaşacağıq. Roma bir gündə tikilməyib, bizim də vaxta ehtiyacımız var. Qarşılıqlı anlaşma, futbolçular arasındakı münasibətlər, istədiyimiz futbol üslubu üzərində işləməyə davam etməliyik”.

Bu gün keçiriləcək “Mançester Yunayted” – “Arsenal” oyunu saat 23:00-da start götürəcək. Mançester təmsilçisi Premyer Liqada keçirdiyi 6 oyundan sonra 8 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button