“Maaş vacibdir, mən axmaq deyiləm”

“Real”ın braziliyalı hücumçusu Rodriqo maliyyə faktorunun futbolçu karyerasındakı rolu barədə danışıb.

Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, 25 yaşlı forvard yüksək maaşın önəmli olmasına baxmayaraq, onun üçün əsas məsələnin uşaqlıq arzusunu reallaşdırmaq olduğunu söyləyib:

“Maaş vacibdir, mən axmaq deyiləm. Amma həmişə “Real”da oynamağı arzulamışam. Maaşdan asılı olmayaraq, istənilən halda bu kluba transfer olunardım”.

Rodriqo “Real”a 2019-cu ildə Braziliyanın “Santos” klubundan 45 milyon avro qarşılığında transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button