Rodri “Real”a keçməyə hazırdır

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri klubunu tərk etməyə açıqdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qızıl top” mükafatının sahibi daha əvvəl onunla maraqlanan “Real”a keçməyə hazırdır. Ancaq hələlik “kral klubu” onu transfer etməyi planlaşdırmır.

Bununla belə, vəziyyətin istənilən an dəyişə biləcəyi və ispaniyalı futbolçunun “Mançester Siti”ni tərk etməsinin hələ də istisna olunmadığı bildirilir.

30 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 33 oyunda iştirak edib və 2 qol vurub. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button