
Roberto Martines Portuqaliya millisindən ayrıldı
Roberto Martines Portuqaliya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssisin iyulun sonunda başa çatan müqaviləsinin müddəti artırılmayacaq.
Roberto Martines 2023-cü ilin yanvarından Portuqaliya yığmasını çalışdırırdı. Onun rəhbərlik etdiyi komanda 1/8 finalda İspaniyaya məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



