Roberto Karlos “Sabah”ın məşqçisinə sertifikat verdi FOTO

İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən “Sabah”ın U-12 komandasının baş məşqçisi Samir Əbdürəhmanov sertifikata layiq görülüb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak edən Əbdürəhmanov, təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

Dünyanın müxtəlif ölkələrindən bir çox məşqçinin iştirak etdiyi təlimin əsas mövzusu uşaq futbolu olub. Əbdürəhmanova sertifikatı Braziliya millisinin və “Real”ın sabiq üzvü Roberto Karlos təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button