Argentina klubu Qarnaçonu icarəyə götürmək istəyir

“Çelsi”nin hücumçusu Alexandro Qarnaço karyerasını Argentinada davam etdirə bilər.

Komanda.az “Tyc Sports”-a istinadən xəbər verir ki, 20 yaşlı argentinalı futbolçu ilə “River Pleyt” maraqlanır. Argentina təmsilçisi onu bir illik icarə əsasında heyətinə qatmaq niyyətindədir.

“River Pleyt”in nümayəndələri artıq Qarnaço ilə birbaşa əlaqə saxlayaraq, mümkün transferi müzakirə ediblər. “Çelsi” də bu keçidə müsbət yanaşır.

O, “Çelsi”yə 2025-ci ildə, “Mançester Yunayted”dən 46 milyon avro qarşılığında transfer olunub. Onun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ilin 30 iyununa qədərdir.

Qarnaço cari mövsümdə “Çelsi”nin heyətində 37 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button