Almeydalı “Baniyas”dan növbəti qələbə

Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi “Baniyas” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Əl Dafra” ilə qarşılaşıb. Almeydanın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Riçard da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

“Baniyas” 15 oyuna topladığı 20 xalla 14 iştirakçı arasında 9-cudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button