Reytinq: Azərbaycan minifutbol millisi 5-ci pilləyə yüksəlib

Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, son Avropa çempionatının qalibi olan Azərbaycan yığması yeni açıqlanan sıralamada 5-ci pilləyə yüksəlib. Yığmanın hesabında 2000 xal var.

Reytinq cədvəlinə 3550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2800) ikinci, Rumıniya (2475) isə üçüncü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button