Reytinq: Azərbaycan millisi iki pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, yeni siyahıda Azərbaycan milli komandasının mövqeyi dəyişib. Canni De Byazinin rəhbərlik etdiyi komanda 2 pillə geriləyərək, 110-cu sırada qərarlaşıb. Azərbaycan yığması son reytinq cədvəlində 108-ci yerdə idi.

Azərbaycan millisi mart ayında DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:1, Serbiyaya 1:2, yoxlama görüşündə isə Qətərə 1:2 hesabıyla uduzub.

Azərbaycan yığmasının DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması 5-ci, Serbiya 25-ci, Lüksemburq 96-cı, İrlandiya isə 47-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.