Reşford klubunu dəyişə bilər – Tezliklə

Markus Reşford “Mançester Yunayted”i tərk edə bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” Reşforda yeni müqavilə təklif etməsə, o, yanvar ayından başqa klubla danışıqlara başlayacaq. Bu barədə “The Sun” məlumat yayıb.

Məsələ burasındadır ki, hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. Yəni Reşford yanvarın 1-dən etibarən digər klublarla danışıqlar aparmaq hüququna malikdir. MY bunun qarşısını almaq üçün müqaviləni bir il uzatmaq variantından istifadə etməyi planlaşdırır.

Mənbənin sözlərinə görə, Reşford xarici liqalardan gələn təkliflərə baxacaq. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq, planlarına uyğun gəldiyi üçün hücumçunun qalmasında israr edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button