Reşford bir daha Premyer Liqada oynamaq istəmir

“Barselona”da çıxış edən İngiltərə millisinin hücumçusu Markus Reşford ölkəsinin Premyer Liqasına qayıtmaq istəmədiyini açıqlayıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqada özünü bir daha görmək istəmir və İngiltərə futbolunun “çox toksik” (mənfi atmosfer) olduğunu düşünür.

O, hesab edir ki, xaricdəki həyat onun karyerasını canlandırıb və İngiltərəyə qayıtması əks təsir göstərə bilər. Reşford ötən yay “Mançester Yunayted”dən “Barselona”ya icarə əsasında keçib və kataloniyalılar sonradan onu almaq imkanına malikdirlər.

İngiltərəli futbolçu cari mövsümdə 34 oyunda meydana çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button