
Deku Reşfordun “Barselona”ya faydasından danışdı
“Barselona”nın idman direktoru Deku, komandanın hücumçusu Markus Reşfordun 2025/26 mövsümündə göstərdiyi performansı yüksək qiymətləndirib. İngiltərəli futbolçu bu mövsümü “Mançester Yunayted’dən icarə əsasında “Barselona”da keçirib və komandanın uğurlarında mühüm rol oynayıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, Reşfordun kluba çox fayda verdiyini söyləyib:
“Reşford bizə çox kömək etdi. Rafinya zədələnəndə onun yerini uğurla doldurdu. Bu, heç də asan deyil, amma o, əla iş gördü. O, ehtiyat oyunçular oturacağında qalmağa öyrəşməyib, lakin bu, problem yaratmadı. Sonradan meydana daxil olaraq komandaya böyük fayda verdi”.
28 yaşlı futbolçu Kataloniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 49 oyunda meydana çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



