Renat Dadaşov İngiltərənin daha bir klubunun hədəfində

İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan miillisinin üzvü Renat Dadaşov daha bir Çempionşip klubunun hədəfindədir.

Komanda.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Birmingem Siti” klubu Dadaşovun xidmətində maraqlıdır. Klub azərbaycanlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib. “Birmingem Siti” bunun üçün “Vulverhempton”a rəsmi təklif də göndərib, amma tərəflər arasında razılıq əldə olunmayıb.

Daha əvvəl Çempionşipin digər klubu “Koventri”nin də 21 yaşlı futbolçunu transfer etmək istədiyi bildirilmişdi.

2019-cu ildən “Vulverhempton”da çıxış edən 21 yaşlı Renat, əsas komandada debüt etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button