Remzi “Arsenal” azarkeşlərinə təşəkkür etdi

“Yuventus”un “Arsenal”ın yarımmüdafiəçisi Aron Remzini heyətinə qatdığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, uelsli futbolçu “instagram” hesabından “Arsenal” azarkeşlərinə təşükkür edib:

“Yuventus”la müqavilə imzaladığımı hər kəs eşitdi. “Arsenal” azarkeşlərinə dərin təşəkkürlərimi bildirirəm. 11 ildir ki, məni dəstəkləyir, mənimlə qələbə qazanıb, mənimlə məğlub olurlar.

“Yuventus”la karyeramda yeni bir səhifə açıram. Mövsümün sonuna qədər “Arsenal” üçün, azarkeşlər üçün əlimdən gələni edəcəm”.

Remzi bu il iyulun 1-də – “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra “Yuventus”un futbolçusu olacaq.

2008-ci ildən London klubunda çıxış edən 28 yaşlı futbolçu, 11 il ərzində “Arsenal”da 259 oyuna çıxıb, 61 qol vurub.