
“Real”la oyundan öncə diskvalifikasiya edildi
UEFA-nın İntizam Komitəsi Portuqaliyanın “Benfika” klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının pley-off mərhələsində “Real”la keçiriləcək cavab oyunundan kənarlaşdırıb.
Komanda.az xəbər verir ki, qurumun açıqlamasına görə, Prestianni UEFA-nın ayrı-seçkiliklə bağlı intizam qaydalarını pozduğu üçün növbəti matçda oynaya bilməyəcək.
Bu qərar davam edən araşdırmanın nəticələrinə təsir etməyəcək.
Portuqaliyada keçirilən ilk oyunda “kral klubu” 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolu vuran Vinisius Juniorun irqçi təhqirə məruz qaldığı bildirib. İspaniya mətbuatı bu təhqirin Prestianni tərəfindən edildiyini yazıb. Cavab oyunu 25 fevralda Madriddə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



