“Məncə, Ançelotti hər şeyin həll olunduğunu düşünür” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının 1/8 finalının “Real”la ilk qarşılaşmasından sonra (2:5) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, La Liqa təmsilçisinin əks-hücumlarda yaxşı çıxış etdiyini vurğulayıb:

“Oyuna əla başladıq. Əsl oyunumuzu göstərdik. Hər şey mükəmməl idi. Buraxdığımız qolları nəzərə almasaq, ilk hissə yaxşı keçdi. Qapımıza vurulan ikinci qolda kobud səhv etdik. Üçüncü qol isə müdafiənin boşluğundan vuruldu. Əks-hücumlarda əla oynayan komandaya qarşı bu cür çıxış etmək lazım deyil. Bütün oyunu ilk hissədə oynadığımız kimi oynamalı idik”.

Almaniyalı mütəxəssis “kral klubu”nun baş məşqçisi Karlo Ançelotti barədə danışıb:

“Cavab oyunu böyük sınaq olacaq. Öncəliklə biz İngiltərə Premyer Liqasına diqqətimizi yönəltməliyik. “Real”la matçdan dərs çıxarmalıyıq. Məncə, Ançelotti hər şeyin həll olunduğunu düşünür. Düzünü desəm, mən də belə düşünürəm. Lakin hər şey dəyişə bilər. Biz İspaniyaya qələbə üçün gedəcəyik. Deyəcəklərim bunlardır”.

“Real” – “Liverpul” cütünün cavab qarşılaşması martın 15-də İspaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button