“Real”la matçda nokdaun olduq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 7-ci turunun təxirə salınan “Vulverhempton” ilə oyunundan sonra (2:0) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, futbolçularının müdafiədə yaxşı oynadığını deyib:

“Çətin oyun olacağını bilirdik. Bəzən tələsdiyimiz vaxtlar olub. İkinci hissədə yalnız güclü müdafiə olunmalı və qol imkanları yaratmağa davam etməl idik. Ümumiyyətlə, komandam bu gecə müdafiədə yaxşı oynadı.

“Real”la matçda nokdaun olduq. Düzü, ilk hissəni yaxşı keçirdik. Fasilədən sonra oyuna çox pis başladıq. “Vulverhempton”la oyunda daha sabit görünürdük. Eyni ruhda davam etməliyik”.

Mersisayd təmsilçisi hazırda İngiltərə çempionatının turnir cədvəlində 39 xalla 7-ci, “Vulverhempton” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button