
“Real” və “Çelsi” braziliyalı müdafiəçi ilə maraqlanır
“Nottingem Forest”in müdafiəçisi Murillo “Çelsi”nin və “Real”ın transfer siyahısında yer alır.
Komanda.az xəbər verir ki, bu barədə “Mail Sport” məlumat yayıb.
23 yaşlı futbolçu 2026-cı ilin yayında başqa klubda oynamağa açıqdır. Ancaq “meşəçilər”i onu satmağa razı salmaq üçün 62,7 milyon avrodan çox məbləğ təklif etmək lazımdır.
Braziliyalı müdafiəçi bu mövsüm bütün turnirlərdə 13 oyunda iştirak edib və 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



