Peresin Zidan planı

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın komandadakı gələcəyinə aydınlıq gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi fransalı mütəxəssisin işindən razı qalıb. Məlumata görə, klub rəhbərliyi Zidana müddətsiz müqavilə təklif etməyə hazırlaşır. Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres Zidanın istədiyi qədər baş məşqçi postunda qalmasını, daha sonra isə klubun idman direktoru vəzifəsində çalışmasını istəyir.

Prezidentə görə, 26 il “Mançester Yunayted”də çalışmış Aleks Ferqyuson kimi Zidan da “Real”da çalışa bilər.

Zidanın rəhbərliyi altında “Real” cari mövsümdə La Liqada çempion olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button