“Real”ın yeni səfər forması – FOTO

İspaniyanın “Real” klubu 2023/24 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Komanda.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onlar yeni formada əks olunan rəngi azarkeşlərin kluba olan sevgisi ilə əlaqələndirib:

“Tünd mavi rəng fanatlarımızın bizə olan sevgisinin, dəstəyinin əlaməti olaraq xarakterizə edilir”.

La Liqa təmsilçisi yeni formadan ilk dəfə ABŞ-da baş tutacaq mövsümöncəsi yoldaşlıq turnirində – “Milan”la matçda istifadə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button