“Real” 2 futbolçunun transferinə 100 milyon avro ayırmağı planlaşdırır

“Real” yay transfer dövründə heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır. “Kral klubu”nun rəhbərliyi problemli mövqelərin möhkəmləndirilməsi üçün böyük məbləğ ayırmağa hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin əsas transfer hədəfləri “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri və Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekdir. Klub transfer büdcəsindən ilk 100 milyon avronu məhz bu iki futbolçunun alınmasına sərf etməyi planlaşdırır.

Sonrakı transferlərin isə oyunçu satışlarından asılı olacağı bildirilir.

“Transfermarkt” portalına görə, 29 yaşlı Rodrinin bazar dəyəri 75 milyon avro, 26 yaşlı Şlotterbekin qiyməti isə 55 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button