“Real”ın şansı qalmadı, “Barselona”nın diqqəti “Atletiko”da

“Barselona” İspaniya La Liqasının 34-cü turunda “Alaves”i məğlub edib.

Komanda.az xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan Kataloniya təmsilçisinə mövsümün qalibi olmaq üçün 3 xal lazımdır.

“Barselona” çempionluğunu bu gün də reallaşdıra bilər. Belə ki, 2-ci pillədə olan “Atletiko”, bu turda “Valensiya”ya uduzsa, “Barsa” La Liqada cari mövsümün qalibi olacaq.

64 xalla 3-cü pillədə yer alan “Real” isə çempionluq şanslarını itirib.

Son 5 ildə 4-cü çempionluğunu qazanmağa yaxın olan “Barselona” 80 xalla birinci, “Atletiko” isə 68 xalla ikincidir. “Atletiko” bu gün saat 21:30-da “Valensiya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button