Sabiq futbolçu Yamalın epizodu haqda: “Bu, futboldur, balet yox”

İspaniya La Liqasının 35-ci turunda keçirilən qarşılaşmada “Barselona” evdə “Real”ı 4:3 hesabı ilə məğlub edib.

Kataloniya təmsilçisinin ikinci qolundan əvvəl Lamin Yamal “Real”ın yarımmüdafiəçisi Federiko Valverdeni keçməyə çalışarkən Madrid klubunun oyunçusu sol əli ilə onun sinəsinə toxunub. Təkrardan görünən odur ki, o, eyni zamanda ispaniyalı futbolçunun ayağını da tapdalayıb. Bu epizoddan sonra Yamal yerə yıxılıb.

“Barselona” bu vəziyyətdə hakimin qərarına etiraz etsə də, baş hakim Alexandro Ernandes qayda pozuntusu qeydə almayıb. VAR da qərarı dəyişməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real”ın sabiq futbolçusu Julio Baptista epizoda münasibət bildirib. O, “Barselona”nın futbolçusuna qarşı qayda pozuntusu olmadığını düşünür:

“Bu, futboldur, balet yox”.

“Barselona”nın qollarından birini məhz Yamal vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button