Alonso yeni futbolçu haqda: “Şübhəsiz ki, bu, əla transferdir”

“Çelsi”nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Morqan Rocersin komandasına transferi barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, 24 yaşlı futbolçunun komandaya böyük fayda verəcəyinə inandığını bildirib:

“Şübhəsiz ki, bu, əla transferdir. Həmin mövqedə bizə güclü futbolçu lazım idi və Morqan Rocersdən daha yaxşı seçim çox az idi. Onun gəlişi hamı, həmçinin, artıq komandada olan futbolçular üçün də çox vacibdir.

Onun əsas üstünlüklərindən biri universallığıdır. Rocers xətlər arasında, hücumçunun yanında və ya “10 nömrə” mövqeyində oynaya bilir. Eyni zamanda, sağ cinahda da çıxış etməyi bacarır, baxmayaraq ki, sol cinahdan mərkəzə meyllənmək ona daha rahatdır.

Hazırda o, futbolundan həzz alır və çox yaxşı formadadır. Əminəm ki, qısa zamanda komanda yoldaşları ilə qarşılıqlı anlaşma yaradacaq. Bu əlaqələr formalaşdıqdan sonra komandamızın oyun keyfiyyəti nəzərəçarpacaq dərəcədə yüksələcək”.

İngiltərə millisinin üzvü “Çelsi”yə 138 milyon avro qarşılığında “Aston Villa””dan keçib. O, bu transferlə İngiltərə futbolu tarixinin ən bahalı ingilis oyunçusu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button