Peresin hiyləgər planı: O, Super Liqanın olmayacağını bilirdi

Avropa Super Liqası layihəsi gerçəkləşməyəcək. “Real” ötən gün bununla bağlı rəsmi açıqlama yayıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres əslində Super Liqanın heç vaxt yaradılmayacağını yaxşı anlayırdı. Eyni mövqeni “Barselona”nın sabiq prezidenti Xuan Laporta və PSJ-nin rəhbəri Nasser əl-Xələfi də bölüşürdü.

Bildirilir ki, Super Liqa ideyasının əsas məqsədi UEFA-nı Çempionlar Liqasında yeni sistem tətbiq etməyə sövq etmək idi. Yeni formatda daha çox top-səviyyəli qarşılaşmaların keçirilməsi və klubların gəlirlərinin artırılması hədəflənirdi.

Xuan Laporta bu yaxınlarda növbəti seçkilərdə iştirak etmək üçün “Barselona”nın prezidenti vəzifəsindən ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button