Tebas “Real”ın prezidenti olmaq istəmir

İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Real”ın prezidenti vəzifəsinə maraq göstərmədiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 63 yaşlı funksioner “Real”ın hazırkı rəhbəri Florentino Peresin ünvanına istefa çağırışlarını stadionlardan və azarkeşlərdən eşitdiyini desə də, özü üçün belə bir plan düşünmədiyini bildirib:

“Xeyr, xeyr. Mən artıq gənc deyiləm və belə bir vəzifəyə xüsusi marağım da yoxdur. La Liqada kifayət qədər işim var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button