“Real”ın prezidenti Mourinyo ilə görüşəcək

“Real” sabiq baş məşqçisi Joze Mourinyo ilə yenidən əməkdaşlıq variantını nəzərdən keçirir.

Komanda.az xəbər verir ki, bu barədə “Goal” portalı məlumat yayıb.

“Kral klubu”nun rəhbərliyi portuqaliyalı mütəxəssisin “Santyaqo Bernabeu” stadionuna qayıdışını ciddi şəkildə müzakirə edir. Klub prezidenti Florentino Peres Mourinyo ilə şəxsi görüş keçirməyi planlaşdırır. Görüş zamanı tərəflər mümkün əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. O, hazırda Lissabon “Benfika”sına rəhbərlik edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button