“Real” Karvahala əvəzləyici seçib

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi yenidən “Real”a qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun prezidenti Florentino Peres müdafiə xəttində dəyişiklik etməyi planlaşdırır və Hakimini Daniel Karvahal üçün ideal əvəzləyici hesab edir.

Transferin baş tutmasına əsas maneə mərakeşli futbolçunun yüksək qiymətidir. Belə ki, Paris təmsilçisi onu təxminən 80 milyon avroya dəyərləndirir. Bununla belə, Hakimi özü yenidən “Real”da çıxış etmək istəyir və bu keçid üçün maaşında endirimə getməyə hazırdır. Bu amil tərəflər arasında danışıqlarda həlledici rol oynaya bilər.

27 yaşlı futbolçu “Real”ın yetirməsidir və vaxtilə bu klubun heyətində UEFA Çempionlar Liqasını qazanıb. Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button