“Real”ın futbolçuları arasında dava olub

“Real”ın yarımmüdafiəçisi Federiko Valverdenin nüfuzuna komanda yoldaşı Orelyen Tçuameni ilə davadan sonra ciddi ziyan dəyə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komanda yoldaşı ilə dava edib və ona ciddi zərbə endirib. Nəticədə, Tçuameninin ciddi xəsarət aldığı bildirilib. Valverde özü açıqlamasında bu mübahisəni etiraf etsə də, əlini sadəcə masaya vurduğunu deyib.

Madrid klubunun futbolçuları oyunçunun davranışından məyus olublar. Onlar Valverdenin Tçuameni ilə bağlı vəziyyətdə həddindən artıq irəli getdiyini düşünürlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button