“Real”ın kapitanı ÇL-də ilk oyunu buraxacaq

Madrid “Real”ının kapitanı Serxio Ramos UEFA Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli oyunçu La Liqanın 6-cı turunda evdə “Kadis”ə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnib. Bu üzdən də 34 yaşlı müdafiəçi Donetsk “Şaxtyor”u (Ukrayna) ilə matçı buraxacaq.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək “Real” – “Şaxtyor” qarşılaşmasına Bakı vaxtı ilə saat 20:55-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button