“Həyatda əmin olduğum tək şey ölümün gələcəyidir” – “Real”ın hücumçusu

“Real”a məxsus olan “Palmeyras”ın gənc hücumçusu Endrik yaxın vaxtlarda İspaniyaya gedəcəyi haqda danışıb.

Komanda.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvü yalnız bu gün haqqında düşünəcəyini bildirib:

“Çox açıq deyəcəm, mən millidə olanda hamı məndən “Real”a nə vaxt gedəcəyimi soruşurdu. Bilirəm ki, gedəcəm, mən sadəlövh deyiləm. Amma hazırda bütün diqqətimi komandama yönəldirəm. Həyatda əmin olduğum tək şey ölümün gələcəyidir, qalanı isə deyil. Sabah sağ olub-olmayacağımı bilmirəm, ona görə də, yalnız bu gün haqqında düşünəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button