
“Real”da ciddi itki
“Real”ın qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının 1/4 finalında “Bayern”lə oyunları buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiperin bud nahiyəsində yerləşən adduktor (yaxınlaşdırıcı) əzələsində yırtıq ehtimal olunur. Diaqnoz təsdiqlənsə, o, qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək.
“Kral klubu” 1/8 final mərhələsinin cavab matçında “Mançester Siti” üzərində qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Madrid təmsilçisi ilk oyunda 3:0 hesabı ilə qalib gəlib, cavab matçında isə üstünlüyünü qoruyaraq 2:1 hesablı qələbə ilə mərhələni adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



