“Yuventus” “Real”ın futbolçusu üçün hərəkətə keçib

“Yuventus” Madrid “Real”ının futbolçusu Lukas Vaskeslə maraqlanır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı tərəflər arasında danışıqlar baş tutub.

“Real”ın yetirməsi olan Vaskesin transferi təxminən 6-8 milyon avro qiymətləndirilir.

Vaskes 2022/23 mövsümündə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, dörd qol vurub və üç məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button