“Real” Modriçi satmaq istəsə…

Yarımmüdafiə xəttinə axtarışlarını davam etdirən “Milan”, istədiyi futbolçunu İspaniyada tapıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Milan”ın transfer hədəfindədir. “Kral klubu” xorvatiyalı futbolçunu satmaq qərarına gəlsə, “qırmızı-qaralar” yarımmüdafiəçinin transferi üçün hərəkətə keçəcək.

“Milan”ın 33 yaşlı futbolçunun meneceri ilə danışıqlara başladığı bildirilir.

2012-ci ildən Madrid təmsilçisinin şərəfini qoruyan Modriçin klubla müqaviləsi 2020-ci ildə bitir.