“O, bizim komanda üçün çox vacib futbolçudur” – Modriç

“Real”ın futbolçusu Luka Modriç, komanda yoldaşı Qaret Beyl haqda fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi, Beylin “Real” üçün vacib oyunçu olduğunu deyib:

“Beyl əla futbolçudur. O, bizim komanda üçün çox vacib futbolçudur. Beyl bunu bu mövsüm oyunu ilə göstərir. Ümid edirəm ki, o, növbəti illərdə də bizimlə qalacaq”.

İspaniya mətbuatının xəbərinə görə, Beyl mövsümün sonunda “Real”dan ayrılacaq.