İsko İngiltərə klubuna keçə bilər

“Real”ın futbolçusu İsko karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Nyukasl” klubuna keçə bilər. Bu barədə AS nəşri məlumat yayıb.

“Nyukasl” İskoya illik 6 milyon avro maaş verməyə hazırdır. Premyer Liqa klubu ispan futbolçunu yanvar ayında sıralarına qatmaq istəyir.

İskonun “Real”la müqaviləsi mövsümün sonuna qədərdir. Madrid təmsilçisi yarımmüdafiəçi ilə yolları ayırmağa hazırdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button