Hazardın 10,9 milyon avroluq malikanəsi FOTOLAR

“Real”ın futbolçusu Eden Hazard Madriddə özünə yeni malikanə alıb.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu ispan musiqiçi Alexandro Sansdan aldığı yeni evi üçün 10,9 milyon avro ödəyib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Hazardın yeni evi Madrid şəhərinin La Finsa bölgəsində yerləşir.

“Real” Hazardı bu yay 100 milyon avro qarşılığında “Çelsi”dən transfer edib.